Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Fransada məktəb avtobusunda açılan atəş nəticəsində bir yeniyetmə ölüb

Fransa ilə Almaniya sərhədində yerləşən Ejenheym adlı yerdə 12 yaşlı yeniyetmə məktəb avtobusunda açılan atəşin qurbanı olub.
"Report" xəbər verir ki, bu barədə AFP-yə istinadən TASS məlumat yayıb.
Hələ ki, baş verənlərin təfərrüatı, həmçinin atəşin qəsdən və ya təsadüfən açıldığı da məlum deyil. Avtobusda 35 yeniyetmə olub və müəllim heyəti bundan əvvəl uşaqlar arasında heç bir münaqişənin olmadığını bildirib.
"Bu çox sakit kollecdir, burada heç bir əhvalat baş vermir", - deyə tərbiyəçilərdən biri qeyd edib.
421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber