Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Ər-Rəmadi şəhərinin mərkəzi azad edildi

İraq qoşunları İŞİD terrorçılarını Ənbar əyalətinin inzibati mərkəzi olan Ər-Rəmadi şəhərinin mərkəzindən çıxarıblar və ədliyyə binasını azad ediblər.
Bu barədə hərbi əməliyyat komandirlərindən biri olan Seyf Əli məlumat verib.
"Terrorçuluqla mübarizə qüvvələri çoxsaylı İŞİD terrorçularını məhv edərək Ər-Rəmadi şəhərindəki ədliyyə binasını azad edə və üzərində İraq bayrağını ucalda biliblər", - deyə Seyf Əli bildirib.
İndi İraq qoşunları yaraqlıların şəhər daxilində sağ qalmış hissəsinin üzərinə hücumları davam etdirirlər.
458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber