Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Şəkidə məhbus intihara cəhd edib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki cəzaçəkmə müəssəsində məhbus intihara cəhd edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə noyabrın 16-ı saat 16:30 radələrində baş verib.

Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Ələddin oğlu Mirzəyev intihar etmək məqsədi ilə kəsici alətlə qarın boşluğuna xəsarət yetirib. 23 yaşlı məhbus qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş, lakin daxilə nüfüz etməyən xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan verilən məlumatda bildirilir ki, yaralıya xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra cəzaçəkmə müəssəsinə geri aparılıb./apa/
462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50