Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Obama-Putin görüşündə təcrübəsiz “casus”

Türkiyədə təşkil edilən G20 liderlər zirvəsinin ilk günündə Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Barak Obama arasında baş tutan qısa görüşdə maraqlı məqam üzə çıxıb.

Görüş zamanı kameralar qarşısına keçən naməlum şəxsin “casus” olduğu iddia edilib.

İki liderin yalnız tərcüməçiləri ilə qatıldığı sürpriz görüşdə Obama və Putindən daha çox diqqət çəkən “casus” eyni zamanda təcrübəsizliyi ilə seçilib. O, kameralara gülümsəyərək özünü itirib.

Sosial şəbəkələrdə gülüş hədəfi olan bu şəxsin əlindəki çantada quraşdırılan gizli kamera vasitəsi ilə görüşü lentə aldığı iddia edilib./axar/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 12:03