Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Bakıda ac fəhlələr şirkətin ofisinə doğru yürüş edir

“Azərinşaatservis” şirkətinin maaşlarını ala bilməyən yüzlərlə fəhləsi yenidən bu şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edir.

Hazırda onlar “Elit” ticarət mərkəzinin qarşısındadır və şirkətin ofisinə doğru yürüş etməyə çalışırlar. Lakin polis onların qarşısını kəsib və yürüş etməyə icazə vermir.

Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit borcu olan “Azərinşaatservis” əvvəl nəqliyyat nazirinə yaxın olub, daha sonra şirkət bankın idarəçiliyinə keçib və hazırda tam müflis vəziyyətdədir. Şirkət Azərbaycanda çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçı olub. Lakin bu günlərdə “Azəryolservis” şirkətlə tərəfdaşlığı dayandırıb.

Şirkətin həyata keçirdiyi yol layihələrində işləyən bir neçə min fəhlə 5-6 aylıq əmək haqlarını ala bilmir və neçə vaxtdır ki, şirkətin ofisi qarşısında aksiyaya toplaşaraq pullarını tələb edirlər.

Fəhlələrin bildirdiyinə görə, bu dəfəki aksiyaya rayonlardan olan fəhlələr də qoşulacaq və onların sabah Bakıya toplaşacağı gözlənilir./virtualaz/
413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<