Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

50-ə qədər sahibkar MTN qarşısında aksiya keçirəcək

Onlar vaxtiylə əllərindən alınan pulların geri qaytarılmasını tələb edir

Bugünlərdə təxminən 50-yə qədər sahibkar MTN qarşısında etiraz aksiyası keçirəcək.
Bu barədə Moderator özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, aksiyada iştirak edəcək sahibkarların əksəriyyətini Sədərəkdə çalışan iş adamları təşkil edir və onların əsas tələbi vaxtiylə əllərindən alınan pulların geri qaytarılmasıdır:
“Yaxın günlərdə 50-yə qədər sahibkar MTN qarşısında aksiya keçirməyə hazırlaşır ki, məqsəd vaxtiylə üzləşdikləri zorakılığa diqqət çəkmək, habelə məcburi surətdə əllərindən alınan pulların qaytarılmasına nail olmaqdır. Sahibkarlar hesab edir ki, uzun illərdir ki, onlara divan tutan şəxslərin sadəcə məsuliyyətə cəlb edilməsi deyil, həm də iş adamlarına vurduqları ziyanın ödənilməsinin təmini zəruridir. Çünki bir çox iş adamı sabiq MTN rəhbərliyinə “xərac” verdikdən sonra müflis vəziyyətə düşmüş, digərləri isə biznes dövriyyəsini azaltmaq məcburiyyətində qalmışdır”.
Mənbənin sözlərinə görə, artıq keçiriləcək aksiya ilə bağlı üzərində müxtəlif şüar və şəkillərin yer aldığı plakatların hazırlanması da sifariş edilib. Sahibkarların barəsində sərt şüarlar səsləndirəcəyi ən başlıca fiqur isə Mövlam Şıxəliyev olacağı ehtimal olunur. Çünki Baş İstintaq İdarəsinin rəisi kimi MTN-ə çağırılan sahibkarların dindirilməsi və onlardan milyonlarla manat pulun alınması məhz M.Şıxəliyevin rəhbəri olduğu idarədə, onun “xeyir-duası” ilə reallaşıb və sahibkarlar hesab edir ki, alnan pulların geri qaytarılmasına görə də əsas məsuliyyəti də məhz M.Şıxəliyev daşıyır.
372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...