Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Mövlam Şıxəliyevin Novxanıdakı villasında axtarış

MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin Novxanıdakı dənizkənarı villasında axtarış aparılıb.
Bu barədə Moderator xəbər yayıb. Prokurorluq əməkdaşları tərəfindən aparılan axtarış bir neçə saat davam edib. Axtarış nəticəsində “MTN işi” çərçivəsində mühüm əhəmiyyət kəsb edən bəzi sənədlərin aşkarlanaraq götürüldüyünü vurğulanır.
Məlumat üçün qeyd edək ki, M.Şıxəliyevin sözügedən villası Novxanı çimərliyində,əsasən laçınlı köçkünlərin məskunlaşdığı qaçqın düşərgəsinin yaxınlığındadır. Mənzərəsi bilavasitə dənizə açılan və içərisində bir neçə hovuzun olduğu villanın milyonlarla manat dəyərində olduğu iddia edilir.
434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı