Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

Akif Çovdarov adi əməkhaqqı ilə üç villanı yanaşı necə tikdirib? (VİDEO)

MTN zabiti adi maaşla özünə, oğlu və qızına villanı necə tikdirib?

MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov məhkəmənin qərarı ilə üç ay müddətinə azadlıqdan məhrum edilib. Media nümayəndələri Çovdarovun, qolu qandallanaraq, məhkəməyə gətirildiyini də görüntüləyə biliblər. Bəs adı bir çox qalmaqallarda hallananAkif Çovdarov kimdir?

Akif Çovdarov heç vaxt çovdar çörəyi yeyənlərdən, yəni yavanlıqla dolananlardan olmayıb. MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi əvvəllər Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində işləyib. Dustaqlara qarşı çox qəddar davranışları ilə yadda qalıb.

AXC hakimiyyəti dövründə onu vəzifəsindən kənarlaşdırıblar. Həmin vaxt o Penitensiar Xidmətin rəis müaviniymiş. Sonradan o, yenidən bu sistemə qayıdıb. MTN-ə isə deyilənlərə görə, onu qaynatası gətirib. Akif Çovdarovu adətən belə xarakterizə edirlər. O, ona verilən tapşırıqları dərhal, tərəddüdsüz və lazım gəldikdə xüsusi qəddarlıqla icra edən adamdır.

Bu qəddarlığın bir nümunəsini o, jurnalist Aqil Xəlilə qarşı tətbiq edib. Xatırlıyırsızsa, hələ 2008-ci ilin fevralında Bakının Binəqədi rayonu Zeytunluq deyilən ərazisində ağacların kəsilərək yerində qanunsuz tikililərin aparılmasına barədə reportaj hazırlayan müxbir MTN-nin iki zabitinin təzyiqinə məruz qalmış, mart ayında isə Aqil Xəlil ürək nahiyəsindən bıçaqlanmışdı.

Sonradan Fransaya mühacirət edən jurnalist bu işlərin arxasında Çovdarovun dayandığını bildirmişdi. Çovdarovun adını həmin hadisədən az sonra daha bir jurnalist hallandırmışdı. Eynulla Fətullayev.

O iddia edirdi ki, jurnalist Elmar Hüseynovun qətlində bütün müəmmalar məhz Akif Çovdarovun üzərinə yönəlib və bunu bildiyi üçün də onu, yəni Fətullayevi zərərsizləşdirmək üçün həbsxanaya salıblar.

“Akif Çovdarov haqqında 2009-cu ildə Daxili İşlər Nazirliyində ifadə verdim. Onlar məhkəmənin qərarı olmadan, qanuverciliyin tələblərinə məhəl qoymadan sahibkarların başına torba keçirib evlərinin zirzəmilərində saxlayırdılar”, – deyə araşdırmaçı jurnalist Eynulla Fətullayev bildirib.

Qısası o, sahibkarların pulu, jurnalistlərin isə canı həyatı ilə oynayırmış. Amma görünür odla oynamaq ifadəsi də elə belədən deyilmiş.

Çovdarov axır ki, özünü yandırdı və onun qolu qandallı həbsini çəkmək jurnalistlərə nəsib oldu.


A.Çovdarov əli qandallı


Generalın Badamdardakı üç yanaşı villası da bu günlərdə müzakirə mövzusudur. Bu villalardan biri Çovdarovun özünə, biri qızına, o biri də oğlu Ruslana aiddir deyirlər. Hansı ki, Ruslan Çovdarov Milli Məclisin sektor müdiri idi və bir neçə gün bundan əvvəl işdən azad edilib.

Maraqlıdır, bir MTN zabiti adi əməkhaqqı ilə üç villanı yanaşı necə tikdirə bilərdi? Əlbəttə ki, bu sadə və şəffaf işləyən məmurun cibinə görə deyil. Çovdarov çoxlarının cibinə girib özünə imperiya qurdu. Görünür, bir gün başına uçacağından xəbərsizdi./ans/

1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı