Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2015

AİP Baş Məclisinin növbəti iclası keçirilib

Baş Məclisinin gündəliyində müxtəlif məsələlər səsləndirilib

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı keçirilib. Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində əsasən ölkədə ictimai-siyasi vəziyyət, AİP-dəki yeni təyinatlar, həbsdə olan siyasi məbusların problemləri və digər məsələlər olub.

Tədbir ilk öncə Allah kəlamının oxunuşu ilə açıldı.

Sonra çıxış üçün söz AİP sədrinin müşaviri Akif Heydərliyə verildi. O çıxışı zamanı partiyanın birinci müavini Hacı İlham Əliyevi baş məclis nümayəndələrinə təqdim etdi. O qeyd etdi ki, partiyanın idarə heyəti İlham Əliyevi AİP-in sədr əvəzi kimi seçib və bu məsələ Baş məclisdə səsə qoyulacaq.

Bundan sonra İlham Əliyevə partiyanın sədr əvəzi səlahiyyətlərinin həvalə edilməsi məsələsi səsverməyə qoyuldu.

Baş məclis nümayəndələri yekdilliklə İlham Əliyevin partiyanın sədr əvəzi postuna seçilməsinə səs verdilər.

Sonra çıxış üçün söz AİP-in sədr əvəzi İlham Əliyevə verildi.

İlham Əlyev çıxışı zaman ilk öncə baş məclis nümayəndələrinə ona etimad etdiklərinə görə öz təşəkkürünü bildirdi.

Azərbaycanın müstəqillik qazanmasından sonra AİP-in təsis edilən ilk siyasi partiya olduğunu söyləyən Hacı İlham Əliyev, bildirdi ki, partiya bundan sonra da xalqın maraqlarının, rifahının və milli mənəvi dəyərlərinin qorunması istiqamətində fəaliyyət göstərəcək.

Partiya üzvlərinin tədbir, məntiq və məsələhətləşmə ilə fəaliyyət göstərməsinin zəruri olduğunu söyləyən sədr əvəzi, gələcək fəaliyyətlərində partiya üzvlərinə uğurlar arzuladı.

Bundan sonra Hacı İlham Əliyev partiyaya yeni təyinatlardan danışdı.

O, bildirdi ki, ilahiyyatçı alim Əli Nur partiyanın ictimai-siyasi məsələlər üzrə sədr müavini və ilahiyyatçı Emil Rahiloğlu isə təşkilati məsələlər üzrə sədr müavini postuna təyin edilib.

Sonra çıxış üçün söz AİP-in Nəzarət Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadəyə verildi. Komissiya sədri çıxışı zamanı yeni təyinatlarla bağlı öz təşəkkürünü bildirdi və tanınmış ilahiyyatçı və ruhani alimlərin partiyanın rəyasət heyətində təmsil olunmasından böyük fəxarət hiss etdiyini söylədi. Fəyyaz Nəbizadə eyni zamanda partiya üzvlərinə yeni rəhbərliyə əllərində gələn bütün dəstəyi nümayiş etdirməklə bağlı çağırış etdi./İslaminsesi/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11