Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Rusiyadan Qərbə növbəti çağırış

Rusiyanın baş naziri Dmitri Medvedev beynəlxalq terrorizmlə mübarizədə bütün dövlətləri birləşməyə çağırıb. “İnterfaks”ın verdiyi xəbərə görə, bu çağırışı o Asiya-Sakit okean regionu ölkələrinin sammitində çıxışı zamanı səsləndirib.

“Rusiya təyyarəsində törədilən terror aktı və Parisdəki terror hücumu böyük insan itkisi ilə nəticələnib. Bu hadisələr dünyanın siyasi gündəliyini gərginləşdirib. Müharibə bütün sivil dünyaya elan olunub, təhlükə qlobaldır, və təəssüflər olsun ki, realdır”, deyə Medvedev qeyd edib.

Baş nazir Rusiya ilə əməkdaşlıq etməkdən boyun qaçıran bəzi ölkələrin mövqeyini təəccüb doğurduğunu bildirib: “Biz ruslara boykot elan etmişik, onlarla dostluq etməyəcəyik, onları təcrid edəcəyik – budur onların mövqeyi”.

“Rusiyanın onlarla təmassız da yaşaya bilər, tək də terrora qarşı mübarizə apara bilər, hətta bu mübarizədə qalibiyyət çalmağa qadirdir”, deyə Medvedev qeyd edib. “Qərb də tab gətirə bilər, lakin bu ona nəyin bahasına başa gələcək...”, deyə baş nazir əlavə edib.

“Mən tam əminəm ki, bu mübarizədə biz birlikdə olmalıyıq”, deyə Rusiya hökumətinin rəhbəri qeyd edib./apa/
443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33