Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir

Onların əksəriyyəti ağır ittihamlar irəli sürülüb

Bu ilin 17 sentyabrında MTN tərəfindən həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli də daxil olmaqla Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir. Bu barədə Media Hüququ İnstitutundan “Bizim Yol” qəzetinə verilən məlumatda bildirilir:
Müstəqil jurnalist Fuad Hüseynov - 2010-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Məhkəmə onu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı - 2011-ci il oktyabrın 28-də həbs olunub. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. 9 il müddətinə azadlıqdan məhrum edilib.
Müstəqil jurnalist Fərəməz Novruzoğlu - 2012-ci il aprelin 17-də həbs olunub. Sərhədi qanunsuz keçmə və kütləvi iğtişaşlara çağırış ittihamları ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Azadxeber.net” internet qəzetinin baş redaktoru Nicat Əliyev - 2012-ci il mayın 20-də tutulub. “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov - 2012-ci ilin iyununda tutulub. 5 il müddətinə azadlıqdan məhrum edilən jurnalist dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilinib.
“Xeber44.com” saytının rəhbəri Araz Quliyev - 2012-ci il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu - bu il fevralın 4-də həbs olunub. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmədə ittiham olunur.
Dini bloqçu Rəşad Ramazanov - bu il mayın 9-da həbs edilib. Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilən bloqçuya 9 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Gənc bloqçu İlkin Rüstəmzadə - bu il mayın 17-də həbs olunub. Xuliqanlıqda və zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində ittiham olunur.
“Psnota.com” saytının rəhbəri Sərdar Əlibəyli - bu il avqustun 2-də həbs edilib. Silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinərək 4 il həbs cəzasına məhkum olunub.
Gənc bloqçu Əbdül Əbilov - bu il noyabrın 27-də həbs edilib. “Facebook”da tənqidi statuslarına görə tutulduğu iddia olunur. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Narkotik alverində ittiham olunur. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
1728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi