Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Sumqayıtda sələfilər Suriyaya görə atışıbmış

Xəvariclər sələfi camaatının ən radikal qoludur. Onlar Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər.
Sumqayıtda şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar aydınlaşıb. Bu şəhərdə yaşayan dindarlardan biri Lent.az-a bildirib ki, dünən axşam saatlarında sələfi camaatına mənsub olan bir qrup şəxs 10-cu mikrorayon ərazisində toplantı keçirib. Toplantıda Suriyaya döyüşçü göndərmək məsələsi müzakirə olunub. Müzakirə zamanı sələfilərin xəvariclər qoluna aid qrupla, digərləri arasında Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsi üstündə mübahisə düşüb. Az sonra mübahisə atışma həddinədək qızışıb.
Mənbə bildirir ki, xəvariclər sələfilərin ən radikal qoludur. Onlar Sumqayıtı özlərinin müqəddəs şəhəri elan ediblər: “ Azərbaycanda hansı təriqət üzvünə təzyiq göstərilirsə, onlar Sumqayıta gəlir, burda məskunlaşırlar. Nəinki Azərbaycan, Dağıstan və Qafqazın digər ərazilərindəki xəvariclər üçün də Sumqayıt əsas mərkəzlərdən biridir”.
1673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13