Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Dərinliyə getsələr, hökumət bütövlükdə batmalıdır

Hökumət, yoxsa quldur dəstəsi

Eldar Mahmudovun “vurulması” ilə ölkədə yeni bir mənzərə yarandı. Daha doğrusu hamının bildiyi həqiqətlər, rəsmi şəkildə etiraf olunmağa başladı. Tərəddüd edənlər, mətbuatın illərlə yazdığına inanmayanlar, həmçinin hökumətdən “mələk” düzəltmək istəyənlər fakt qarşısında qaldı. Üstəlik, hər gün vəzifəli şəxslərin yeni cinayətləri ortaya çıxır və ölkə gündəmi hökumət daxilində baş verənlərlə çalxalanır.

Ağlı başında olan istənilən adam dərk edir ki, söhbət vəzifə səhlənkarlığından, hansısa məmurun özfəaliyyətindən, xırda kriminal əməllərdən gedə bilməz. Çünki, yayılan xəbərlər, töərədilən cinayətlər yüksək vəzifə tutmuş şəxslərlə bağlıdır. Sahibkarlardan təzyiq vasitəsilə pul almaqdan tutmuş, gizli həbsxana saxlamağa qədər bütün eybəcərliklər yüksək çinli məmurların ssenarisi ilə həyata keçirilib. Cəmi 2 nazirin işdən azad edilməsi kifayət edib ki, bu qurumların bütövlükdə çirakaba bulaşdığı aydınlaşsın. Hər gün hanısısa şöbə müdirinin, generalın, direktorun, rəisin istintaqa cəlb edildiyi məlum olur. Belə çıxır ki, bu iki strukturda cinayətə bulaşmamış, vəzifəsini şərəflə icra edən məsu şəxs yox imiş.

Təsəvvür edin ki, əgər 2 ay əvvəl bu strukturlarda baş verənlər haqqında, məlum nazirlərin cinayətləri baradə məqalə yazmış olsaydıq, indi qəzeti məhkəməyə verib, ağır cərimələrə məruz qoymuşdular. Necə ki, digər sahələrdəki neqativləri dərc etdiyimizə görə, dəfələrlə ağır cərimələr ödəməli olmuşuq.

Təbii ki, MTN-də, Rabitə Nazirliyində baş verənlərlə bağlı istintaq dərinliyə getməyəcək. Çünki, dərinliyə getsələr, hökumət bütövlükdə batmalıdır. Sirr deyil ki, bu ölkədə yuxarıların nəzarətindən kənar milyardlıq layihələr həyata keçirmək, banklara, şirkətlərə sahib olmaq mümkünsüzdür. Sadəcə olaraq avtoritar rejimlərdə əbədi sığorta yoxdur və mənəvi tellər olduqca zəif olur.

O da sirr deyil ki, bu gün MTN-də, Rabitə Nazirliyində keçirilən əməliyyatlar istənilən digər nazirlikdə həyata keçirilsə, vəziyyət daha biabırçı, daha tükürpədici olacaq. Ümumiyyətlə, elə bir struktur tapmaq mümkün deyil ki, həmin strukturda şəffaflıq hökm sürsün, rəhbərlik çirkaba bulaşmasın. Korrupsiyanın, qanunsuzluğun dövlət siyasətinə çevrildiyi ölkədə bu çox təbiidir.

Bir sözlə, son dövrlər etiraf olunanlar, ən yüksək postlarda oturanların ağır cinayət törətməsi faktları onu göstərdi ki, mövcud komandada böyük bir quldur dəstəsi var.

Komandaya kənardan baxanda, hökumətdən çox quldur dəstəsinə oxşayır. Hamının bioqrafiyasında qara ləkələr var və zaman-zaman bu ortaya çıxacaq./azadlıq/
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı