Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Müəllimlər ad-soyadlarını latın qrafikası ilə yaza bilmir

Təhsilin Xırmandalı biabırçılığı

İllərlə dərs deyən müəllimlər ad-soyadlarını latın qrafikalı əlifba ilə yaza bilməyir

Masallı rayonunun Xırmandalı kəndinin müəllimlərindən birinin şikayəti Təhsil Nazirliyinin sözügedən müəssisəyə yoxlama briqadası göndərməyinə səbəb olub.

Bu barədə məlumat yayan "Cənub xəbərləri" qəzeti bildirir ki, şikayətdə göstərilən dəhşətli faktlar öz təsdiqini tapıb. Qəfil yoxlama zamanı 600-dən artıq şagirdin yarıdan çoxu dərslərdə olmayıb.

Məktəbdə bir neçə il müəllimlik edən şəxslərdən bəziləri heç adını, soyadını latın qrafikalı əlifbası ilə yaza, ən elementar sualları cavablandıra bilməyib. Həqiqiliyi şübhə doğurduğundan16 müəllimin diplomunu komissiya üzvləri özləriylə aparıb.

Yayılan məlumatla əlaqədar infom.az-ın əməkdaşı araşdırma aparıb. Məlum olub ki, belə hal təkcə Xırmandalı yox, rayonun onlarla məktəbi üçün xarakterikdir: “Əgər belə bir yoxlama rayonun bütün təhsil müəssisələri üzrə aparılsa, yüzlərlə adam pedaqoji fəaliyyətdən kənarlaşdırıla bilər.

Məktəblərdə davamiyyatın aşağı olmağı, müəllimlərin savadsızlığı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişovu qətiyyən narahat etmir. Onun başı daha “mühüm” işlərə qarışıb.”
1789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı