Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Rusiya ordusu Suriyaya girə bilər

Noyabrın 20-də Rusiya Dövlət Dumasının Federasiya Şurası ilə birgə iclasında Rusiya ordusunun Suriyada quru əməliyyata başlaması imkanları nəzərdən keçiriləcək.

Bunu “Ura.ru” saytına “Vahid Rusiya” partiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Bununla belə o, müzakirələrin formatı ilə bağlı detalları açıqlamayıb.

Suriyada quru əməliyyata başlanılması ideyasını digər partiyalar da dəstəkləməyə hazırdır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının üzvü Vladimir Taskayev məsələnin müzakirəsinin artıq yetişdiyini bildirərək İŞİD-in qanunsuz neft alverindən məhrum edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, deputatların əksəriyyəti Suriyaya qoşun yeridilməsi ideyasını dəstəkləyəcək.

Qeyd edək ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident Vladimir Putinlə görüşü gözlənilir. Görüşdə həmin məsələnin müzakirə olunacağı istisna deyil./apa/
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP