Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Suriyada 33 terrorçu məhv edilib - 72 saatda

Son 72 saatda Fransa və Rusiya tərəfindən terrorçu İŞİD-ə qarşı keçirilən hava əməliyyatları nəticəsində 33 terrorçu zərərsizləşdirilib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının direktoru Rami Abdülrəham bildirib.

Məlumata görə, noyabrın 15-17-də Suriyanın Rakka şəhəri Fransa və Rusiya qırıcıları tərəfindən bombalanıb.

Terrorçu İŞİD qruplaşmasının baş qərargahının Rakka şəhərində yerləşdiyi bildirilir.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdır.

Terrorun məsuliyyətini İŞİD terrorçu qruplaşma üzərinə götürüb.
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı