Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2015

Ziya Məmmədov həbs olundu?

Ziya Məmmədov həbs xəbəri yayıldı

Azərbaycan respublikası Nəqliyyat naziri Ziya Məmmədov həbs edilib. Daxil olan məlumatda iddia edilir ki, Ziya Məmmədovun həbsinə səbəb Eldar Mahmudovla əlbir olmasıdır.

Qeyd edək ki, ötən gün istiqlal saytı nazir Fazil Məmmədovun tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yaymışdı. Əgər Ziya Məmmədovun həbs iddiası doğrudursa, o zaman həbs prosesi NN-nə sıçramış oldu.

Bir müddət əvvəl isə iş adamlarının qənimi Vidadi Məmmədov da məhz VN-nin ən bərtgedən generallarından biri olaraq Eldar Mahmudov çetesi çərçivəsində həbs edilib.

Oktyabrın 12-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib.

Bu xəbər son aylarda Ziya Məmmədov və Nəqliyyat nazirliyinin ətrafında dolaşan şaiyələri daha da artırıb. Şaiyələr Nəqliyyat nazirliyinin bir sıra səlahiyyətlərinin məhdudlaşdırılmasından və nazirin bir sıra tədbirlərdə iştirak etməməməsindən sonra yaranıb.

Şaiyələr arasında Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılacağı iddiaları da var. Bu barədə heç bir dövlət orqanından rəsmi açıqlama verilməyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov baku.ws saytına deyib ki, mediada yayılmış xəbərlər yalandır. O, nazirin iclasda iştirak etməməsini ölkədə olmaması ilə əlaqələndirib./mediaxeberleri/
512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat