Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Sabiq nazirin oğlu həbs olundu

İranın sabiq mədəniyyət və islami irşad naziri Ətaullah Mühaciraninin oğlu Məhəmməd Möhsin Mühacirani həbs olunub.

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxs rüşvətxorluqda və 87 milyon dollar dəyərində itmiş neft platformasına dair cinayət işində ittiham olunur.
Qeyd edək ki, ötən il İranın Dəniz Təhsisatları Şirkətina məxsus və dəyəri 87 milyon dollar olan neft platformasının itməsinə dair xəbərlər ölkənin saytlarında yayımlanmışdı.

İran parlamentinin enerji komissiyası bu şirkəti yoxlamağa başladı və bu şirkətin iki direktoru haqqında cinayət işi açıldı. Altı ay sonra İranın məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Əjeyi həmin cinayət işi ilə əlaqədar bir nəfərin həbs olunduğunu elan etdi.

Sabiq nazir Ətaullah Mühacirani Londona qaçaraq orada yaşayır. O, prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb.
426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber