Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Suriyada hökumət və müxalif qruplar arasında atəşkəs elan edilib

Bu barədə Suriya İnsan Haqları İdarəsindən məlumat verilib. Tərəflər arasında 15 gün müddətinə atəşkəs qərarı verildiyi bildirilib.

Təşkilatın açıqlamasına görə, atəşkəs cümə günü səhər saatlarında tətbiq olunmağa başlayacaq. 15 günlük atəşkəs qərarının bir sınaq prosesi olduğunu vurğulayan təşkilat razılaşma əldə olunarsa, atəşkəsin müddətinin uzadılacağını qeyd edib.

Qeyd edək ki, bir müddət öncə də Vyanada 17 ölkənin iştirakı ilə keçirilən Suriya müzakirəsində müxaliflərlə hökumət qüvvələri arasında atəşkəs elan edilməsi barədə qərar verilmişdi.
397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber