Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Günah toxumu

Bu toxumu kimlər səpdi belə, İlahi? Bu sayaq cırlıq, bu qədər düşüklük, bunca şərəfsizlik nədən baş qaldırdı?.. Biri dəyyusluğu ilə fəxr edir, biri işverənliyindən, satqınçılığından ləzzət alır, digəri harınlığı, azğınlığı,qudurğanlığı ilə öyünür!..

Aman! Kimlər elədi axı bunu, nədən, nə səbəbə elədi?.. Məgər anlamırdılarmı ki, nəhayyətdə bu toxum cücərib-boy atıb möhtəşəm bir millətin qan nizamına, ləyaqətinə qənim kəsiləcək?! Necə və niyə qıydılar axı bu millətə?..

… Budur, birisi beş-on manatın xətrinə günahsız insanın üzünə durur və zərrə qədər də olsa, dərk etmir ki, işverənliklə başqa “verənlik”elə eyni şeylərdi. Siyasi sifilisə yoluxmuş digər bir yekəbaş isə,: – Hakimiyyət bizim kimi sağlam müxalifətlə dialoqa getməlidir” deyir. Dərrakəsi və intellekti ən uzağı cəmi bircə naxır dananı saymağa-otarmağa da yox ha!- çatan özgə birisi, Milli Şuranın üzvlərini “xəstə təfəkkürlü insanlar” adlandırır…
Bunlar hələ özlərini müxalifət adlandıranlar, – yəni iqtidarın cibində olduqlarından özlərini daha komfort hiss edənlərdilər.. Cibində gəzdirdiyi “müxalifət” bu haldadırsa, görün indi həmin o cib sahibləri nə gündədilər?..

… Bu zəhərli toxumu kim səpdi, nə vaxt səpdi, niyə səpdi, İlahi?!

P.s. Bu kələ-kötür yazıya görə oxuculardan üzr istəyirəm; sadəcə, bəzi məsələlərdə etikanı gözləmək çox cətin olur… Heç bir günahı olmayan Məmməd İbrahimi şər-şəbədəylə tutduranları, daha sonra qırmızı-qırmızı onun üzünə dirəşənləri görəndən,eləcə də: ” Ölsəm də Məmməd İbrahimi tutduracam, getsin. Mən onu heç zaman bağışlamayacam!” deyən, işverənliyə qurşanmış burnufırtıqlı bir gəncin bunca nanəciblik və ssinizm nümayiş etdirdiyinin şahidi olandan sonra başqa cür yaza bilmədim…
Bunnan sonra sən onu bağışladın, ya bağışlamadın- heç bir əhəmiyyəti yoxdur; özünü düşün, ay bədbəxt… etdiyin bu əmələ və günaha görə Allah səni bağışlayacaqmı?

…İçimizdə günah cücərir, İlahi!..
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58