Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Misirdə partlayış: bir polis ölüb, 35 nəfər yaralanıb

Misirin təhlükəsizlik xidmətlərinin əməkdaşları bildirirlər ki, ölkənin şərqindəki bazaya hücum nəticəsində bir polis öldürülüb, daha 35 nəfər isə yaralanıb. Bu barədə Hafta.az BBC-yə istinadənməlumat verir.
Süveyş kanalının yaxınlığında İsmailiya düşərgəsinin yanında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partladılıb.

Hadisə yerindən verilən məlumatlara görə, partlayışdan sonra atıcı silahlardan intensiv atəş açılıb.

Misirin islamçı prezidenti Məhəmməd Mursinin iyul ayında devrilməsindən sonra ölkədə mütəmadi olaraq yaraqlıların təhlükəsizlik qüvvələri nümayəndələrinə hücumu baş verir.
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır