Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Abad olmayan Mehdiabad… - FOTOLAR

Qəsəbədə dözülməz şərait əhalinin həyatını cəhənnəmə çevirib

Abşeron rayonu, Mehdiabad qəsəbəsi Maqsud Abdullayev küçəsinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər. Yerli əhali bununla bağlı dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsə də, onlara yolu öz hesablarına təmir etdirməyi tövsiyə ediblər. Sakinlərin sözlərinə görə, on ildir burada yaşasalar da, yaşayış massivində yenilikdən əsər-əlamət yoxdur. Asfalt yol olmadığından yayda toz-torpaq, payız və qışda isə palçıq sakinləri boğaza yığır. Bu problemi həll etmək üçün isə çıxış yolunu tapa bilmirlər.

"Payızda yağış suları qəsəbəni gölməçəyə çevirir, yayda kanalizasiya suları küçələrə axıb ətrafı zibilləyir, qışda isə bütün bu problemlər kompleks şəkildə acınacaqlı vəziyyətin yaranması ilə nəticələnir",-deyə sakinlərin müraciətində bildirilir.

Yeni yaşayış sahəsinin daha bir problemi zibilliklə bağlıdır. Zibil qabları olmadığından sakinlər məişət tullantılarını harada boş sahə görürlərsə, ora atırlar. Bu da həmin yerin sahiblərilə qonşular arasında dava-dalaşa səbəb olur.

Əslində bu müraciətdə bir küçənin sakinlərinin problemi əks olunsa da, qəsəbənin hər yeri demək olar ki, bu vəziyyətdədir. Müraciətdə o da bildirilir ki, mətbuatda qəsəbənin acınacaqlı durumundan dəfələrlə bəhs olunsa da, aidiyyatı qurumlar reaksiya verməyib.

"Qəsəbədə bir dənə də olsun işıq dirəyi, bütün küçələri əhatə edən kanalizasiya xətti yoxdur. Qəsəbə daxilində yalnız bir dənə, o da mərkəzdə olmaqla dayanacaq var. Yaşadığımız Maqsud Abdullayev küçəsindən dörd marşrut xəttinin avtobusları işləyir, avtobuslar arası interval da artırılıb. Üstəlik istiqamət də azaldılıb. Məsələn, 155 saylı marşrut üzrə hərəkət edən avtobuslar əvvəl metronun "Nərimanov" stansiyasına qədər getdikləri halda hazırda "Azadlıq" stansiyasına qədər işləyir. Eyni zamanda bu avtobusların tutumu da azaldılıb. Əvvəllər "Daewoo" markalı avtobuslar xidmət göstərirdisə, indi onların əksəriyyəti kiçik həcmli Otoyol" markalı avtobuslarla əvəz olunub ki, bu da əhalinin gediş-gəlişini çətinləşdirir.

Eyni zamanda Mehdiabaddan "Azadlıq" metrosuna gəlmək üçün 155 saylı marşrut üçün 20 qəpik, 108, 134 saylı marşrut üzrə 25 qəpik nəzərdə tutulsa da, gediş haqqı olaraq 30 qəpik tələb olunur",-deyə müraciətdə bildirilir.

Sakinlər onu da bildirib ki, kommunal xidmətlər-su-qaz verilişində ciddi kəsintilər yaşanır.








447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00