Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Eldar Mahmudovun Hacı Məmmədovla ortaq fəaliyyəti üzə çıxdı

Azərbaycanın iş sektorunu çökdürən bir çetenin ağılalmaz əməlləri; MTN müəmmasında açar ola biləcək xəbər - təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da sahibkarlara “haqq qoymaq” istəyiblər; Beynəlxalq Bankın Moskva filialı Cahangir Hacıyevin rəhbərlik etdiyi dönəmdə Əfqanıstana 500 milyon dollar krediti nə məqsədlə veribmiş... 

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ilə Azərbaycanda başlayan “17 oktyabr inqilabı” - generalların həbsi də daxil, yüksək vəzifəli məmurların qandallanması davam edir. Azərbaycan müstəqillik qazandıqdan üzü bəri ilk dəfədir ki, hakimiyyət daxilində bu qədər miqyaslı həbslərə şahidlik edirik. 

“Niyə məhz indi?”, “Niyə məhz Eldar Mahmudov?”, “Niyə bu qədər əhatəli və güzəştsiz”, “Əli Abbasovun əsl suçu nə?”   sualları ətrafında bu günlər onlarla yazılar, versiyalar, şərhlər dərc olunub. Amma mənzərə hələ də tam aydın deyil: cavabını gözləyən suallar çoxdur. 

Əsas görünən odur ki, MTN adlı bir struktur və ona rəhbərlik edənlər prezidentin etimadından  sui-istifadə edərək, dövlətin içərisində “mafiyasayağı masa” quraraq cəza aparatı yaradıblar, general mundiri geyinib quldurluq, soyğunçuluq ediblər, hətta nazirlərə racon və “haqq” kəsiblər, özlərinin poqonlu “memati”ləri, “abdulheylər”i vasitəsilə  məmurları, iş adamlarını    görüntülü izləyiblər, sonradan onlara paketlərdə disklər göndərərək şantaj ediblər, biznesmenlərdən külli miqdarda pul alıblar, onların rəhbərlik etdiyi dövlət orqanlarına öz adamlarını təyin etdirək strukturlara nəzarəti ələ keçiriblər. Eldar Mahmudov çetesini illərcə bunca güclü edən, hər yerdə adamlarını yerləşdirməsinin, bəzi çox yüksək vəzifəli məmurlara “haqq qoyması”nın  şok səbəbi  həm də budur: şantaj! 


Sən demə, bu çete təkcə “radikal müxalifətçiləri” deyil, həm də bəzi hakimiyyət mənsublarının sirlərini də disklərə yığıb. Sahibkarların bir neçəsi bu yolla müflis edilib, indi susmaqdan başqa çarələri də yoxdur.  Onlar “daha heç nəyim qalmadı, hamısını sizə verdim” deyəndə, belələrinə pul da təklif edilib. Azərbaycan tarixində ilk dəfə olaraq, kreditlə rüşvət mexanizmi yaradılıb. Belə ki, hədəfə alınan iş adamlarını Cahangir Hacıyevin nəzarət etdiyi əsasən iki bankdan  -  Beynəlxalq Bank və “Bank Technique”dən hazır kredit sənədlərinə qol çəkdirib “get, indi borcunu banka ödə”, deyiblər. Bəzi borclu sahibkarlar bunu Beynəlxalq Bank skandalı üzə çıxanda istintaqda etiraf etməli olublar, bəziləri isə hələ də susur... Mafiyanın ən klassik üç üsulu qandallanmış MTN generallarının iş prinsipinə çevrilibmiş: təhdid, zorakılıq, şantaj...


***
Şübhələr var ki, MTN-də dağıdılan masanın əsas gəlir yeri həm də narkotik trafiki ilə bağlı ola bilər. Azərbaycanın beynəlxalq narkotrafik tacirləri üçün Avropaya keçid zonası olduğu bəllidir. İfşa olunan MTN generalitetinin bu trafikdən nə qədər qazandığı və ya belə əməliyyatları həqiqətən də məhz Azərbaycan üzərində keçirdiyi barədə dəqiq və təsdiqlənmiş  bilgi yoxdur. Amma bununla bağlı ciddi şübhələrə əsas var. Məsələn, məlum olub ki, bugünlərdə rəhbəri dəyişdirilən Beynəlxalq Bankın Moskva filialı Cahangir Hacıyevin rəhbərlik etdiyi dönəmdə Əfqanıstana 500 milyon dollar civarında kredit verib. 


“Taliban”ın hələ də dinclik vermədiyi  Əfqanıstana Beynəlxalq Bankın kredit verməsinin nə dərəcədə riskli olmasını bir kənara qoyaq. Niyə Əfqanıstana axı?  Məlumatlar var ki, bu kreditlər də əslində pul şəklində bədbəxt Əfqanıstan hökumətinə verilməyib, yəni çirkli pulların yuyulması, hansısa sövdələşmənin qarşılıqlı hesablaşması kimi “transfer” olunub.


Rus işğalı altındakı Abxaziyaya isə heç bir girov şərtlərinə riayət etmədən yenə həmin filial vasitəsilə 100 milyon dollar kredit verilibmiş.

Bütün bu faktlar istintaqda var və iş materialları ilə sübuta yetirilir. 

***


Daha bir sensasion, bəlkə də Eldar Mahmudov  müəmmasında açar ola biləcək  xəbər isə “MTN masasının” təkcə Azərbaycanda  deyil, ölkə hüdudlarından kənarda da sahibkarlara “haqq qoymaq” niyyətinə ilə bağlıdır. Bundan əvvəl də qandallanmış general Akif Çovdarov  vasitəsilə Rusiyanın ayrı-ayrı şəhərlərində iş adamlarının incidilməsi, kimlərə isə “krışalıq”( himayə) təklif edilməsi barədə xəbərlər vardı. Redaksiyamıza daxil olan xəbərə görə isə E.Mahmudov  şəxsən özü Rusiya hüquq-mühafizə orqanlarından birinin rəhbərliyində  çalışan generalla  görüşündə bir siyahı göstərib. 


Mənbəmiz deyir ki, o zaman nazir olan Mahmudovun siyahısında Rusiyanın biznes elitasının ən tanınmış adamlarının, hətta  “Forbes”in milyarderlər siyahısında olanlar varmış... MTN sefi həmin milyonçuları “ilişdirmək” üçün yardım istəyib. Qaynağımız iddia edir ki, həmin siyahıda Rusiyadakı azərbaycanlı biznesmenlərdən də bəzi isimlərin adı olduğu istisna deyil. Həmin general isə siyahıda olanların adlarını oxuduqda təəccüb və heyrətini gizlətməyib. Çünki Rusiyanın bəzi tanınmış iş adamları həm də Kremlə yaxındırlar, bəziləri isə birbaşa prezident Vladimir Putinin himayəsi altındadırlar. Mənbəmiz deyib ki, MTN-də baş verənlər və Mahmudovun ifşasında Putinin rolu olduğu barədə xəbərlər də bu məsələdən qaynaqlanır. Yəni həmin rus general Mahmudovun bu niyyəti barədə Kreml rəhbərliyinə dərhal xəbər veribmiş...


Daha bir şok xəbərsə bundan ibarətdir: MTN-də saxlanan qanqster-polkovnik Hacı Məmmədovdan müxtəlif səviyyəli iş adamlarını ilişdirmək üçün istifadə olunub. Belə ki, Hacı Məmmədova telefon əlaqəsi şəraiti yaradılır; o isə əvvəllər tanıdığı iş adamlarından bəzilərinə telefon açır; onlarla hər hansı məzmunlu danışıq aparır, nəsə istəyir; daha sonra o, işini bitmiş sayır. Bir neçə saat sonra ifşa olunan MTN rəhbərləri həmin iş adamına qarşı xüsusi əməliyyata start verirlər. Onları maskalılar başlarına çuval keçirərək, saxlayır, MTN-ə gətirir; qeyri-rəsmi olaraq istintaqa cəlb olunurlar. İttiham da budur: “Hacı Məmmədovla əlaqə saxlamısan, onunla telefon danışıqları aparmısan”.../musavat/
462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı