Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Bəşər Əsəd: İŞİD-i Ərəbistan, Qətər və Türkiyə dəstəkləyir

Suriya prezidenti Bəşər Əsəd İŞİD-in əsas mənbələrinin Suriyada yox, Avropada olduğunu bildirib.

İnterAz İtaliya mətbuatına istinadən xəbər verir ki, Əsəd verdiyi yeni müsahibədə maraqlı açıqlamalar edib. Onun sözlərinə görə, Paris terrorunun təşkilatçıları Səudiyyə Ərəbistanı, Qətər və Türklərin dəstəyi ilə belə bir addım atıb. Təbii ki, burada qərbin adını qeyd etmək də lazımdı:" İŞİD Suriyada başlamayıb, İraqda başlayıb" -deyən Əsəd, Britaniyanın keçmiş baş naziri Toni Blerin sözlərini xatırladıb: "İraq müharibəsi İŞİD-in yaranmasına kömək edib". Bu etirafdan böyük nə ola bilər- deyə Suriya prezidenti vurğulayıb.

Bəşər Əsədin sözlərinə görə, Paris terroru Suriyada mövcud gərginliyin həllinə diqqəti daha da artırdı. İŞİD Suriya və İraqda 250 min insanın həyatına son qoyub. Suriyada İŞİD problemi həll olunmayana qədər heç bir keçid hökümətdən söz gedə bilməz. O qeyd edib ki, İŞİD məhv olandan sonra bu məsələni müzakirə etmək mümkün olacaq.
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21