Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

"Facebook" adı İŞİD-in ingiliscə adı ilə eyni olan istifadəçisini bloka salıb

"Facebook" sosial şəbəkəsi Aysis Ançali ("Isis Anchalee") adlı istifadəçini səhvən bloka saldığını bəyan edib.

Bu barədə RİA "Novosti" xəbər verir.

İstifadəçi Aysis iddia edir ki, bu, onun adının ingilis dilində İŞİD terror təşkilatının adı kimi (ISIS) yazılması səbəbilə baş verib.

San-Fransiskodan olan kompüter proqramları ixtiraçısı Ançali bazar ertəsi "Facebook"dakı səhifəsini skrinşot edərək dərc edib. Burada “Akkaunt bloka salınıb” yazılıb.

“Nə üçün akkauntumu bloka salmısınız? Mənim adım həqiqətən Aysis Ançalidir", - qadın özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, "Facebook"a problemi həll etmək üçün üç dəfə şəxsi məlumatlarını yolladığını söyləyir: "“Facebook" mənim terrorçu olduğumu hesab edir. Tərəfimdən pasportumun skrinşotunun göndərilməsi akkauntuma qoyulmuş bloku aradan qaldırmaq üçün kifayət deyil.”

Çərşənbə axşamı "Facebook" şirkətinin nümayəndəsi Ançaliyə akkauntuna qoyulmuş blokun aradan qaldırıldığı cavabını verib./SalamNews/
404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08
Ustad Qi