Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Masazır sakinləri aksiyaya hazırlaşır

Səbəb qəsəbədəki işıq böhranı ilə bağlıdır

Abşeron rayonu Masazır qəsəbəsində yaşayan sakinlər 3 aydır ki, elektrik enerjisi problem yaşayırlar. Bu barədə redaksiyamıza müraciət edən onlarla sakinin sözlərinə görə, Masazırda elektrik enerjisi iflic vəziyyətinə düşüb. Bildirirlər ki, payız mövsümi başlayandan işıq üzünə həsrət qalıblar. Aidiyyəti qurumlar isə nə tədbir görür, nə də problemin səbəbini açıqlayırlar. Müvafiq qurumların hərəkətsizliyi isə sakinləri əməlli-başlı narazılığı və narahatlığına səbəb olub: “Yay aylarında işıq problemi ilə üzləşməmişik. Elə ki, havalar soyudu, Masazırda “qara gün”ümüz başlayır. Oxşar problem əvvəlki illərdə də olub, ancaq bu dərəcədə yox. Son aylar isə vəziyyət daha da ağırlaşıb”.

Qeyd edilir ki, Masazırda elektrik enerjisi günün istənilən vaxtı, o cümlədən, gecə saatlarında kəsilir və bu problem saatlarla davam edir. Masazırda “Qurtuluş”, “Yeni Bakı” və qaçqın və məcburi köçkünlər üçün salınan yeni şəhərcik yerləşir. Həmin şəhərciklərə elektrik enerjisinin fasiləsiz verildiyini deyən sakinlər qəsəbədə ayrı-seçkilyin nədən qaynaqlandığını başa düşmədiklərini bildirirlər. Odur ki, sakinlər Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron Regional Elektrik Şəbəkəsinin qarşısında aksiya keçirmək qərarına gəliblər: “Başqa çıxış yolumuz yoxdur. Aidiyyəti qurumlar məcbur edir ki, aksiya keçirək. Artıq sakinlərlə söhbətlər aparılıb. Vaxtı dəqiqləşdirib aksiya keçirəcəyik”.

Problemlə bağlı “Azərenerji” ASC-dən münasibət öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Masazırın bəzi yerlərində tikinti-quruculuq işləri aparılır, elektrik xətlər dəyişdirilir. Ona görə də elektrik enerjisi təchizatında müəyyən fasilələr ola bilər. Ancaq qurum problemin bütövlükdə Masazırın hər yerində olduğunu düşünmür. Bildirilir ki, tikinti və yenidənqurma ilə əlaqədar qəsəbənin bəzi yerlərində elektrik enerjisi təchizatında gün ərzində uzağı 2-3 saat fasilə ola bilər: “Hər halda problemi araşdırarıq. Masazırda elektrik enerjisi təchizatının niyə saatlarla davam etdiyini öyrənərək sizə məlumat verərik”.
1770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı