Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Azərbaycanda dövlət işçisi intihar etdi

Zaqatalada intihar hadisəsi baş verib. Dövlət məmuru özünü asıb.

Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, 1964-cü il təvəllüdlü Pənah Şeyyub oğlu Osmanov özünü işlədiyi Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində asıb.

Onun asılmış meyitini birliyin işçiləri səhər işə gələrkən görüblər və dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hazırda hadisənin başvermə səbəbləri ərazidə olan polis və prokurorluq əməkdaşları tərəfindən aparılır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Zaqatalada sonuncu intihar oktyabr ayının 2-də rayonun Aşağı Tala kəndində qeydə alınıb. 1927-ci il təvəllüdlü Zeynalabid Süleyman oğlu Mahmudov gecə saatlarında özünü yaşadığı evin həyətində asıb.

Onun meyitini səhər saatlarında ailə üzvləri asılmış vəziyyətdə aşkar ediblər. /ans/
409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35