Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Naxçıvanda AXCP fəalını ölümcül hala salıb həbs etdilər

Naxçıvanda saxlanılan AXCP fəalı Zeynalabdin Bağırzadə barəsində vəzifəli şəxsə müqavimət ittihamı (CM-in 315.1 maddəsi) ilə 3 ay həbs-qəyimkan tədbiri seçilib. Müvəqqəti həbs qərarı noyabrın 18-də Babək Rayon Məhkəməsində çıxarııb.

Onun qardaşı, AXCP regional təşkilatının rəhbəri Yaşar Bağırsoy bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Nehrəm kəndində Zeynalabdinin evinə gəlib, fonda ödəniş etməyi tələb edib. Zeynalabdin özü evdə olmayıb və məmurlardan Faiq İsmayılov adlı biri ev sahibi haqqında təhqiredici ifadə işlədib. Həyat yoldaşının etirazına cavabda məmur qadını da təhqir edib.

Daha sonra Zeynalabdin Bağırov Sosial Müdafiə Fonduna gəlib, evinə yoxlamaya gəlmələrinin və həyat yoldaşını təhqir etmələrinin səbəbini soruşub. Cavabda İsmayılov Zeynalabdini vurub və iki digər məmurla birlikdə onu döyməyə başlayıb. Onu, demək olar ki, huşsuz vəziyyətdə küçəyə atıblar və Zeynalabdinə yoldan keçənlər kömək edib.


Özünə gəldikdə Zeynalabdin Babək rayon prokurorluğuna şikayət edib. Bazar ertəsi onu prokurorluğa çağırıblar, onu döyən fond əməkdaşları da orada olub. Bundan sonra Zeynalabdin saxlanılıb və bu gün Babək rayon Məhkəməsi barəsində həbs qətimkan tədbiri seçib.

Saxlanılan şəxsin qardaşı qeyd edib ki, Zeynalabdin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Xüsusən, onun malik olduğu torpaq sahəsi becərilmir, çünki kəndə su verilmir.

Yaşar Bağırsoy deyib ki, qardaşının məhkəməsi onlardan xəbərsiz, faktiki gizli keçirilib. O, hesab edir ki, buna səbəb Zeynalabdinin bədənində işgəncə izlərinin qalması ola bilər. Yəni istəməyiblər ki, ailə üzvləri Zeynalabdinin vəziyyətini görsünlər.

Bundan başqa, Zeynalabdinin təhqir edildiyi və döyüldüyünə şahid olanlar nə dindirilib, nə də onların ifadəsi alınıb.
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13