Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Kərəm Həsənov MTN işindən təşvişə düşüb

Qərib Məmmədovun «vurulmasında» komitə sədrinə kimlər yardım edib?

Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov “MTN işi”ndən ciddi şəkildə narahatdır. Bu barədə redaksiyamıza verilən məlumata görə, Kərəm Həsənovun Eldar Mahmudovla ciddi şəkildə işbirliyi olub.

Iddialara görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Əmlak Məsələri Dövlət Komitəsinə verilməsində də Eldar Mahmudovla onun yaxın qohumu, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olub. Xatırladaq ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs olub. Bu komitənin ləğv edilməsi, yəni faktiki olaraq Qərib Məmmədovun sıradan çıxarılması Ramiz Mehdiyevin ölkədə olmadığı ərəfədə baş verib. Həmin vaxt administrasiya rəhbəri səhhətilə əlaqədar xaricdə olub. Ramiz Mehdiyevin ölkədə olmamasından istifadə edən Əli Əsədov və Eldar Mahmudov ölkə başçısını inandırıblar ki, Qərib Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsi məqsədəuyğundur. Onu da qeyd edək ki, Eldar Mahmudovla Əli Əsədovun Ramiz Mehdiyevlə münasibətləri gərgin olub. Kərəm Həsənov da Eldar Mahmudovun çətiri altına keçdikdən sonra Ramiz Mehdiyevlə hesablaşmırmış. Hətta onun Ramiz Mehdiyevin hansısa məsələ ilə bağlı xahişini yerinə yetirməkdən boyun qaçırdığı və administrasiya rəhbərinin qəzəbinə səbəb olduğu barədə məlumatlar var. Indi Kərəm Həsənov narahatdır ki, “MTN işi”nə görə onu da “vura” bilərlər./azadlıq/
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu