Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

“Əsədsiz münaqişənin həlli mümkün deyil”

Bəşər Əsədin iştirakı olmadan Suriyadakı mövcud münaqişəni həll etmək mümkün deyil.

Komsomolskaya Pravda xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Qərb Suriyada münaqişənin start götürdüyü ilk gündən Bəşər Əsəd rejiminin tezliklə məğlub olacağına şübhə etməyib:

“Hər kəs deyirdi ki, Əsədin sayılı günləri qalıb. Ancaq bu sayılı günlər 5 ildir ki, qurtarmır. Qərbdəki həmkarlarımızın xalqın ayağa qalxacağına və Əsədi devirəcəyinə dair proqnozları reallaşmır. Bu o deməkdir ki, Əsəd Suriya cəmiyyətinin kifayət qədər böyük bir hissəsinin maraqlarını əks etdirir. Ona görə də onun iştirakı olmadan Suriya münaqişəsinin həllini tapmaq mümkün deyil”./axar/
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber