Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

13 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam
bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz ağlayacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
1942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02