Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

ABŞ-da müsəlmanlara xüsusi vəsiqələrin verilməsini təklif edilir

ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Tramp “Yahoo News”a müsahibəsində bildirib.

“Biz əvvəl atmadığımız addımlar atmalıyıq. Bu qərar bəzilərinin qanını qaraldacaq, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”, deyə Tramp bildirib.

Prezidentliyə namizəd ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılmasını, onlara dini mənsubiyyəti ilə bağlı qeydin olacağı xüsusi şəxsiyyət vəsiqəsinin verilməsini istisna etməyib. “Biz çox şeyə ciddi diqqət yetirməli olacağıq. Biz həmçinin məscidlərə də diqqət yetirməli olacağıq”, deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Parisdəki terror aktlarına cavab olaraq ABŞ-dakı bütün məscidləri bağlamağı təklif edib./apa/
357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38