Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

Bakıda devalivasiya ilə bağlı aksiya

Müsavatçıların təşkil etdiyi etiraz dekabrın 13-dən 27-dək davam edəcək

Son günlər manatın yenidən dəyərdən düşərək, devalivasiyaya uğrayacağına dair müzakirələr intensivləşib. Təkcə yerli deyil, xarici ekspertlər də bununla bağlı proqnozlar verərək, yaxın vaxtlar üçün hökumətin başqa çıxış yolunun qalmayacağını deyirlər. Və bütün bunlar əhalinin narahatlığına səbəb olmaqdadır. Çünki manatın dəyərdən düşməsi, həm də qiymətlərin bahalaşması anlamına gəlir.

Ölkənin aktiv siyasi kəsimi mövcud təhlükənin fərqində olduğunu və hökuməti apardığı siyasəti dəyişməyə çağırmaqla bərabər, həm də bunu etiraz formasında təzahür etdirir. Elə bu səbəbdəndir ki, dünəndən etibarən sosial şəbəkələrdə manatın devalivasiyaya uğraya biləcəyinə dair müzakirələr artırılıb və bununla əlaqədan etiraz təşkil olunub.

Əsasən müsavatçıların təşkilatçılığı ilə həyata keçirilməsi nəzərdə tutulan aksiyanın dekabrın 13-dən 27-dək davam edəcəyi gözlənilir. «Devalivasiyaya yox! Bu mitinq deyil, etirazdır!» şüarı ilə keçirilməsi nəzərdə tutulan aksiya sosial şəbəkəni əhatə edəcək. Təşkilatçılar isə Mustafa Hacıbəyli, Rüfət Baxışbəyli, Könül Əli, Kəmalə Bəhlulovadır.

Təşkilatçılar bununla bağlı açıqlama da yayıblar. Orada deyilir: «Dekabr ayında manatın növbəti dəfə ucuzlaşması - devalvasiya gözlənilir. Bu, qiymətlərin yeni artımı deməkdir. Bu, biznesin daha da çökməsi deməkdir. Bu, olan iş yerlərinin də bağlanması deməkdir. Bu, dollarla krediti olanların tam iflasa uğraması deməkdir.

Əvvəlki devalvasiya əhalidə ciddi narazılıq yaratdı. Amma cəmiyyət etirazını ifadə edə bilmədi. İctimaiyyətin tanımadığı qruplar Fəvvarələr meydanında aksiya təyin etsələr də, onların çağırışına çoxları şübhə ilə yanaşdı. Əgər siyasi muxalifət aksiya təyin etsəydi, bu halda da bitərəf təbəqələr aksiyaya qoşulmaqdan ehtiyatlanacaq, hakimiyyət isə öz qəddarlığını nümayiş etdirmək üçün bəhanə tapacaqdı.

Devalvasiya qərarı yenə qəfildən veriləcək və narazı insanlar etirazlarını necə ifadə etməyin yolunu arayacaq. Buna indidən hazırlaşaq. Devalvasiya olsa nə etməliyik? Təkliflərinizi yazın, birgə müzakirə aparaq»./jam/
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...