Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

İki nəfər özünü güllələdi - Azərbaycanda

Şəmkir sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Rayonun Bayramlı kənd sakini, 1973-cü il təvəllüdlü Ələddin Cəfərov qarın nahiyəsinin güllə yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər güllələnmə hadisə isə İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsində baş verib.

Hadisə 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır./apa/
386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:49