Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2015

“İran olmasaydı, İraq, Suriya və Livan işğal olunmuşdu“

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei Suriyani İranın ön cəbhəsi hesab edir, əgər Suriyaya müdaxilə etməsəydik, indi İraq, Suriya və Livan işğal olunmuşdu. Bu sözləri Ayətullah Xameneinin İslam İnqilabı Keşikçilər Korpusundakı (Sepah) nümayəndəsi Əli Səidi deyib.

Əli Səidi deyib ki, hər bir İran əsgəri Suriyada 100 min könüllü yetişdirir: "Beş ildir ki, düşmənlər və dünyanın hegemon ölkələri Suriyada öz məqsədlərinə çata bilmirlər".

Əli Səidi qeyd edib ki, Ayətullah Xamenei ABŞ-ın İrana nüfuz etmək niyyətindən narahatdır: "Nüvə sazişi ilə bağlı şərtlər irəli sürülüb, Ayətullah Xameneinin qeyd etdiyi şərtlər yerinə yetirilməlidir".

Ə.Səidinin sözlərinə görə, Amerika indiyədək heç bir sazişi yerinə yetirməyib: "Amerika müttəfiqləri Səudiyyə Ərəbistanı və Türkiyə üçün heç bir müsbət iş görməyib".
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...