Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

BMT İŞİD-ə qarşı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD-lə və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib.

“The Associated Press” agentliyinin verdiyi məlumata görə, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.

“İŞİD qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”, sənəddə deyilir. Qətnamədə həmçinin terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu, 1999-cu ildən etibarən BMT tərəfindən terrorizmlə bağlı qəbul edilən sayca 14-cü qətnamədir./apa/
447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber