Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

​Malidə otelə hücum nəticəsində ümumilikdə 21 nəfər öldürülüb

Mali prezidenti İbrahim Bubakar Keyta ölkə paytaxtı Bamakoda otelə hücum və insanların girov götürülməsi nəticəsində 19 nəfərin öldüyünü və 7 nəfərin yaralandığını bildirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, hücumu təşkil edən iki yaraqlının öldürüldüyünü də əlavə edib.
Beləliklə, ölənlərin ümumi sayı 21 nəfər təşkil edir.
Bundan əvvəl, BMT-nin sülhməramlı missiyasının məlumatına görə, Malidəki "Radisson Blu" mehmanxanasında 27 nəfərin meyitinin aşkarlandığı bildirilmişdi.
Noyabrın 20-si səhər saatlarında sözügedən oteldə atışma səsləri eşidilib. Daha sonra təqribən 170 nəfər girov götürülüb.
Oteldə törədilən terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.
323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52