Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

Hilal Əsədovun vəzifədə qalmasının sirr: “istintaqla əməkdaşlıq edir

Generalın 3 ay əvvəldən Eldar Mahmudovla “bağları qırdığı” haqda məlumatlar var

Eldar Mahmudova yaxınlığı ilə seçilən general-leytenant Hilal Əsədov müəmması davam edir. Ötən ayın 19-da prezidentin Eldar Mahmudovla bağlı qəfil sərəncamı oxunduqdan sonra ona yaxın olan Hilal Əsədovun da tutduğu postdan uzaqlaşdırılacağı gözlənilirdi. Hətta belə xəbərlər də vardı ki, nazir müavininin mənzilində axtarış aparılıb. Noyabrın 14-də isə nazir müavinin tutduğu postdan uzaqlaşdırılması xəbəri gəldi. Lakin Milli Təhlükəsizlik Nazirliyindən Hilal Əsədovun vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlərin heç bir əsası olmadığı açıqlandı. 

Eldar Mahmudovun işdən çıxarılmasından sonra eks nazirin özünün də məsuliyyətə cəlb olunacağı haqda xəbərlər vardi. Lakin bu gün E.Mahmudovun özü də Badamdardakı dəbdəbəli imarətində istintaqdan kənar qalmış kimi görünür. Ona yaxın iki general-leytenantdan biri - adları həmişə qoşa çəkilən Hilal Əsədovun paqondaşı Akif Çovdarov artıq həbsdədir. A.Çovdarova elan edilmiş çeşidli ittihamlar sırasında adam oğurluğu, qanunsuz olaraq azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə və digəriləri var. Belə bir halda Hilal Əsədovun tutduğu postda qalması haqlı suallar yaradır. 

Hilal Əsədov Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən biridir. O, bu illər ərzində qurumda törədilən cinayətlərə ən azından şahidlik edib, susqun seyrçi mövqe sərgiləyib. Hərçənd ki, onun adı bir çox cinayətlərdə qırmızı xətlə keçir. Məsələn, bir müddət əvvəl “Yeni Müsavat”a təşrif buyurmuş “Karvansaray” ticarət mərkəzinin payçılarından biri Elşən Kərəm oğlu H.Əsədovla bağlı bunları demişdi: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. Onu kabinetə salıb kondisioneri maksimum isti rejimə qoyurdular. Həmin vaxt çöldə 40 dərəcə isti olurdu”.


Bakının “8-ci kilometr bazarı”nın bir hissəsinin zorla sahibindən alınması və ora öz yaxın qohumunu təyin etməsi də Hilal Əsədovun adı ilə bağlıdır. Bunlar sabiq nazirin hazırda vəzifədə olan müavini haqda mətbuat səhifələrinə yol tapmış əməlləri haqda məlumatlardır. Belə əməllərin mətbuat səhifələrinə çıxmayanı nə qədərdir?

“Azpolitika” H.Əsədovun üzdə qala bilməsi haqda maraqlı məlumat yayıb. Sayt yazır: “Eldar Mahmudovun işdən azad olunmasından 1 gün sonra prezident İlham Əliyevin dar çevrə ilə keçirdiyi müşavirədə MTN-in bir neçə baş idarə rəisi ilə yanaşı Hilal Əsədov da iştirak edib. İclasdan sonra onun təklikdə prezidentin qəbulunda olduğu haqda da məlumatlar var. Sonrakı günlərdə isə Hilal Əsədov hər gün işə çıxıb, hətta Rusiya prezidentinin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə də iştirak edib”.

Bundan başqa, saytın istinad etdiyi qaynaq H.Əsədovun sabiq nazirin əleyhinə yönəlik ifadələrinin olduğuna da işarə edir: “Hilal Əsədov yeni rəhbərlik və istintaq tərəfi ilə əməkdaşlıq yolunu tutduğuna görə hələlik formal da olsa vəzifəsini saxlayır və məsuliyyətdən kənardadır. Bəzi məlumatlara görə isə Hilal Əsədov Eldar Mahmudov vəzifəsindən azad olunduqdan xeyli əvvəl - təxminən 3 ay öncə qarşı tərəflə əməkdaşlığa başlayıb. Bu ”gedişi" onu məsuliyyətdən tam azad etməsə də, müəyyən qədər münasibəti yumşaldıb"./musavat/

425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı