Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Bir neçə dəfə kimyəvi silahdan istifadə edilib

Suriyada araşdırma aparan BMT missiyası bu ölkədə bir neçə dəfə kimyəvi silahdan istifadə edildiyini açıqlayıb
BMT-nin Suriyada kimyəvi silah tətbiq olunması üzrə faktların müəyyənləşdirilməsi üzrə missiyası yekun hesabatını baş katib Pan Gi Muna təqdim edib.

Apa-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. G. Mun hesabatla tanış olacağını və onu Baş Assambleya üzvlərinə təqdim edəcəyini, eləcə də dekabrın 16-da Təhlükəsizlik Şurasında brifinq keçirəcəyini söyləyib.

Qeyd edək ki, hesabat artıq BMT-nin tərksilah üzrə idarəsinin saytında dərc olunub. Hesabata əsasən BMT missiyası belə qənaətə gəlib ki, Suriyadakı münaqişə zamanı kimyəvi silahdan istifadə edilib. Sənəddə Suriya ərazisində aprelin 29-da, martın 19-da, avqustun 21-də və avqustun 24-də həm əsgərlərə, həm də dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunduğu bildirilib. Lakin kimyəvi silahın kim tərəfindən tətbiq edildiyi açıqlanmayıb.
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi