Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

Əliyevə məktub yazdı: polisdən təhdid aldı - Bakıda

Zorakılığa məruz qalan xanım R.Usubovdan kömək istəyir...

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69, mənzil 15-də yaşayan Sevda Fətəli qızı Süleymanova ÖMÜRLÜK daxili işlər naziri Ramil Usubova müraciət edib.

Arqument-ə danışan xanım bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları yaşadığı evə gələrək, onu zorla rəis Mirqafar Seyidovun qəbuluna aparmaq istəyirlər.

S.Süleymanovanın sözlərinə görə, onu Əliyevə etdiyi müraciətlə bağlı incidirlər: "Mən dəfələrlə özümün və ailə üzvlərimin hüquqlarının tapdalanmasına görə İlham Əliyevə müraciət etmişəm. Ona görə də polislər məndən zorla izahat almaq istəyirlər ki, bir daha Prezidentə şikayət etməyim”.

Sevda Süleymanova daxili işlər naziri Ramil Usubovdan xahiş edir ki, bu zorakılığa son qoysun.
350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37