Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2015

Gəncədə sahibkarların dərisini soyurlar

Gəncə 12 saylı Ərazi Vergilər Depertamentinin əməkdaşları total şəkildə yoxlamalara başlayıblar.

İdarə əməkdaşları hətta fiziki şəxslərə belə əsassız cərimələr tətbiq edirlər.

VÖEN əsasında uçotda olan vergi ödəyicilərinin bir qismi, fəaliyyət göstərmədikləri təqdirdə, vergi uçotundan çıxa bilmirlər. 12 saylı Ərazi Vergilər Departamentinin işçiləri ixtiyari obyektlərə daxil olaraq, heç bir əsas olmadan, küllü miqdarda cərimələr yazmağa başlayıblar.

Vəziyyət o həddə çatıb ki, sahibkarlar vergi müfəttişlərini gördükdə artıq fəaliyyətin qanuni olmasını xatırlatmırlar, rica edirlər ki, az cərimə yazılsın.

Vergi ödəyicisi Tofiq Əliyev bildirib ki, mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Son vaxtlar Azərbaycanda böhranla əlaqədar olaraq, fəaliyyətini dayandırıb.

Mağazanı və kassa aparatını adından çıxarıb. Bu zaman sözügedən quruma VÖEN ilə vergi uçotundan çıxmaq üçün müraciət edib. Qurumdan bildiriblər ki, onun dövlətə borcu olduğu üçün bu mümkün deyil.

Sahibkar ödəyəcək məbləğin 573 manat olduğunu biləndə narazılıq edib. Tofiq Əliyev bildirib ki, bu borc ona əsassız yazılıb və onun heç vaxt vergi borcu olmayıb. Vergi müfəttişləri onu məhkəmə ilə hədələyiblər.

T. Əliyevə zorən bu məbləğ ödətdirilib. Yenidən vergi uçotundan çıxmaq istəyən sahibkara vergi depertamentinin şöbə rəisi Orxan Nəcəfov bildirib ki, bu, mümkün olmayacaq. Səyyar vergi yoxlaması keçiriləcəyini və bunun bir il, bəzən də iki il zaman tələb etdiyini vurğulayıb.

Əlacsız qalan Tofiq Əliyev Vergilər Nazirliyinin "195” qaynar xətt mərkəzinə zəng edib etirazını bildirib. Ona çağrı mərkəzindən bildirilib ki, şikayəti araşdırılacaq.

Hadisədən bir neçə həftə ötməsinə baxmayaraq, hələ də cavab verilməyib.

Keçmiş sahibkar deyib ki, bu qanun və sərəncamlar heç cəngəllikdə də yoxdur. Şikayətçiyə hüquqşünaslar məhkəməyə müraciət etməyi məsləhət görüblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sahibkarlara dəstək məqsədilə imzaladığı vergi və lisenziya haqda məlum sərəncamlara əməl etməyənlər var./vizual/
460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi