Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2015

Misirdə turist böhranı

Bir sıra ölkələrdən, o cümlədən, Rusiya və Böyük Britaniyadan uçuşların dayandırılmasından sonra məşhur turizm bölgəsi Şarm-əl-Şeyxdəki otellərin cəmi 20%-i dolub. Musavat.com xəbər verir ki, məlumatı Misirin “The Cairo Post” nəşri yayıb.

Cənubi Sinayın mehmanxanalar birliyinin sabiq sədri Hüseyn Fauzi Şarm-əl-Şeyxin turizm industriyasındakı vəziyyəti “fəlakət” adlandırıb. O, bildirib ki, otellərdə məskunlaşanların yarısını misirlilər təşkil edir.

Hüseyn Fauzinin fikrincə, Misir hökuməti hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirməsə, ölkədə turizm bərpa olunmayacaq.

Misirin Turizm Nazirliyinin iqtisadi müşaviri Adal Raqab isə bildirib ki, təyyarə reyslərin nəticəsində bu ilin üçüncü rübündə turizmdən gəlirlər ötən illə müqayisədə təxminən 15% azalacaq.
449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya