Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2015

"MTN generalları dedilər ki, məhkəmələrdə hakimlərimiz var"

13 saylı cəzaçəkmə müəssisənində 8 illik məhkumluğunun 2 il 2 ayını çəkən tanınmış jurnalist Pərviz Həşimli, vəkilləri tərəfindən teleqram vurularaq məhkəmənin təxirə salınmasının xahiş edilməsinə baxmayaraq, barəsindəki hökmü qüvvədə saxlayan Ali Məhkəmənin hakimi Fərhad Kərimova məktubla müraciət edib.

Müraciətində Pərviz Həşimli bildirir:

“Teleqramımızın nəzərə alanmadığı barədə nə mənə, nə vəkilim Bəhruz Bayramova hər hansı bildiriş daxil olmayıb. Ona görə də Fərhad Kərimovun qanunsuz qərarı ilə bağlı çox üzüldüm. Vaxtilə MTN generalları özümə dəfələrlə bildirmişdilər ki, hər bir məhkəmə instansiyasında bizim öz hakimimiz var və səni kimsə bizim iradəmizdən kənar azadlığa çıxara bilməz. Həqiqətən də birinci instansiyada - Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş MTN müstəntiqi Novriz Kərimovun hakim təyin olunacağı mənim özümə və vəkilim Bəhruz Bayramova əvvəlcədən bildirilmişdi. Məhkəmə instansiyalarında mən və vəkillərim 20-dən artıq vəsatət qaldırsaq da, onların tək bircə dənəsi qəbul olunsaydı, məni həbsdə saxlamaq mümkün olmayacaqdı. Amma heç bir instansiyadakı hakimin bunu etməyə cəsarəti çatmadı və bunun özü elə bu gün MTN işi ilə bağlı istintaq aparan şəxslər üçün çox vazkeçilməz ipucu ola bilər ki, bu məsələ də araşdırılsın”.

Daha sonra Pərviz bildirir ki, məktubu Fərhad Kərimova poçt vasitəsi ilə göndərib və ümid edir ki, gələn həftənin əvvəllərində məktubu hakimə yetişəcək:

“Məgər Fərhad Kərimov mənim başıma gətirilən faciələri bilmirmi? Sanki İŞİD terrorçusu həbs edirmişlər kimi, MTN-çilər evimə hücum edərək pəncərənin dəmir məhəccərlərini qırmaqla evimə girdilər, 5 yaşlı övladımın şokdan dili tutuldu və bu günədək nitqində qüsur yaranıb və müalicələr nəticə vermir. Həyat yoldaşım çox böyük stres keçirdiyindən hələ də özünə gələ bilməyib. Həbsimdən sonra ailəm məcbur olub Biləcəridəki evimi tərk edib Yasamalda bina evindəki birotaqlı mənzildə sığınacaq tapdı. Amma orada da ailəmi rahat buraxmadılar və maskalılar evimə hücum çəkərək, ailəmə dəhşətli anlar yaşatdılar. Məcbur olub ailəm həmin mənzili də tərk etdi”.

Pərviz Həşimli məktubunda görkəmli rus yazıçısı Dostoyevskinin bir ibrətamiz fikrini xatırladır: “Bəşəriyyəti xilas edəcək səadət sarayının təməlində bir məzlum körpənin ahı varsa, həmin səadət sarayı tar – mar olmağa məhkumdur”.

Pərviz daha sonra yazır: “Siz akiflərin, ilqarların, eldarların (Akif Çovdarov, İlqar Əliyev, Eldar Mahmudov nəzərdə tutulur – red.) saraylarının necə tar-mar olduqlarını görmədinizmi? Mənim barəmdə qanunsuz hökm çıxaran və həbsimdə azacıq günahı olan hər kəsin də oxşar aqibətlə üzləşəcəyinə kimsə şübhə etməsin. Bunu hər gün Uca Tanrıdan diləyirəm və əminəm ki, bu günü də, yənı dağılan tifaqları da görmək mənə nəsib olacaq”./moderator/
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30