Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

«Əl-Qaidə» Suriyadakı uğursuzluğunun acığını İraqdan çıxır

Cari ildə terrorçuların hücumları nəticəsində İraqda ölənlərin sayı 6300 nəfəri keçib. Bir çox iraqlıların fikrincə, «Əl-Qaidə» Suriyadakı uğursuzluğunun acığını İraqdan çıxır. Təkcə ötən bazar İraqın müxtəlif şəhərlərində, o cümlədən Bağdadda partlaycı qurğu quraşdırılmış maşının işə salınması və intiharçıların hücumu nəticəsində 39 nəfər həlak olub, 120 nəfərdən çox insan isə yaralanıb.

İraqı doğma vətəni hesab edən «Əl-Qaidə» 2006-2009-cu illərdə məzhəblərarası münaqişədə uğursuzluğa düçar olmuş və İraq ordusu tərəfindən məğlub edilmişdi. Suriya münaqişələri zamanı isə bu terror təşkilatı yenidən öz gücünü bərpa etməyə imkan tapdı. Regionun bir sıra ərəb dövlətlərinin, passiv Avropa derjavalarının və ABŞ-ın dəstəyi ilə «Əl-Qaidə» Şimali Afrika, Liviya və Suriyada yeni qollarını yaratdı./faktxəbər/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<