Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2015

27 yaşlı oğlan özünü güllələdi

Odlu silahla ehtiyatsız davranan Oğuz rayon sakini yaralanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, noyabrın 21-dən 22-ə keçən gecə Oğuz rayonu Sincam kənd sakini, 1988-ci il təvəllüdlü Elmir Mehman oğlu Abdulqədirov qırma xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 27 yaşlı Elmir Abdulqədirov odlu silahdan açılan atəş nəticəsində qarının ön divarının, sağ bud və said nahiyəsindən çoxsaylı qırma yaraları alıb. Xəstəxanada Elmir Abdulqədirova ilkin tibbi yardım göstərilib. Qohumları Elmir Abdulqədirovu Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq istədiklərindən o, xəstəxanadan buraxılıb.

Oğuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Elmir Abdulqədirovun yaşadığı ünvanda baş verib. E. Abdulqədirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş nəticəsində qırma yaraları alıb./apa/
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP