Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Moskva 2014-cü il Qış Olimpiya estafetinə start verdi

Rusiyada artıq Olimpiya həyəcanı başlayıb. Gələn il Soçidə keçiriləcək Olimpiya oyunlarının məşəlinin daşınması mərasimi böyük coşğu ilə keçir.

Moskva meri Sergey Sobyanin 2014-cü il Qış Olimpiya oyunları məşəlinin Rusiya estafetinə start verdi. Moskvanın Vasilevski Spusk meydanından başlayan məşəllə qaçış mərasiminə paytaxt sakinləri tərəfindən böyük maraq vardı. Üzgüçülük üzrə beş qat Olimpiya çempiyonu Anastasiya Davıdovanın start verdiyi məşəli daha sonra Svetlana Xorkina, Aleksandr Jukov, Şamil Tapişev kimi məhşur idmançılar daşıdılar. Paytaxt küçələrində iki gün boyunca 78 km məsafədə daşınacaq məşəl daha sonra Moskva ətrafı şəhərlərə keçəcək.

“Bu ölkəmiz üçün çox böyük bir hadisədir. Nə qədər çox insan bu məşəli görsə, ona toxunsa, hamının bir zərrəsi Olimpiya oyunlarına çatacaq deməkdir. İstərdim ki, Olimpiya oyunları yüksək səviyyədə baş tutsun və bütün qonaqlarmızda xoş təəssürat oyandırsın. Bütün yarış iştirakçılarına da müvəffəqiyyətlər arzu edirəm” - deyə Olimpiya çempionu İrina Rudnina bildirib.

“Bu hadisə dünya çapında əhəmiyyət kəsb edir. Rusiyada son dəfə 33 il əvvəl Olimpiya oyunları keçirildi. Bu tarixi hadisəni çoxdan gözləyirdik. İlk dəfə Qış Olimpiya oyunlarına ev sahibliyi edəcəyik. Çox xoşbəxtəm ki, mən də bu oyunların məşəlini daşıdım” - deyə çimərlik futbolu üzrə milli komandanın rəhbəri Andrey Suxantsev qeyd edib.

Yunanıstanda alovlandırılan Olimpiya məşəlinin Rusiya estafeti bu gün Moskvada start aldı. Ölkənin 83 bölgəsini əhatə edəcək bu estafet Olimpiya oyunları tarixinə də ən uzun estafet kimi düşəcək.

Rusiyada 65 min km məsafədə daşınacaq Olimpiya məşəli 7 fevral tarixində keçiriləcək Olimpiya oyunlarının açılış mərasimində Soçiyə çatacaq. /ans
1794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı