Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2015

Taksi sürücüsünün başın kəsənə 19 il – Ədalətsizlik

Bilərəkdən bir insanı amansızcasına qətlə yetirənə 19 il iş verməklə ölü sahiblərinə qarşı ədalətsizlik edildi. 

Ötən ilin yayında taksi sürücüsünü qətlə yetirən 1984-cü il təvəllüdlü Elşad Bağırov 19 il azadlıqdan məhrum edilib.

Ötən il avqustun 2-də baş verib. Samux rayonunun Sərkar kəndinin ərazisində Gəncə şəhər sakini Səyyad Bədəlovun meyiti onun özünə məxsus “VAZ-21015” markalı avtomobilin yük yerində aşkar edilib.

Dərhal hadisə yerinə Samux Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı cinayətin Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Bağırov tərəfindən törədilməsi müəyyən edilib.

Planlaşdırılan qətl
Iastintaq müəyyən edib ki, Elşad Bağırov tаksi sürücüsü kimi fəаliyyət göstərən, əvvəllər tаnıdığı Səyyad Bədəlovun üzərində olаn qızıl zinət əşyаlаrını, pulunu, mobil telefonunu quldurluqlа ələ keçirmək üçün onu öldürməyi əvvəlcədən planlaşdırıb. Məqsədinə çatmaq üçün o, аvqustun 1-də Səyyad Bədəlova zəng vuraraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki Dəmiryol vağzalının qarşısında görüş təyin edib.

Görüş yeri
O, Səyyaddan onu Goran qəsəbəsinə aparmasını xahiş edib. Oradan isə taksini Yevlax rayonunun Xaldan qəsəbəsinə sürdürüb. Qəsəbədə avtomaşınların hərəkətlərinin seyrək olduğunu görən Elşad, Səyyaddan maşını yolun kənarında saxlamasını xahiş edib.

Sürücüyə basqın
Maşın dayanar dayanmaz, Elşad sürücüyə hücum edib. Ona bir neçə yumruq ilişdirdikdən sonra əlindəki bışağı sürücünün boğazına çəkib. Səyyad aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qətl və qarət
Bundan sonra Elşad Səyyadın üzərində olan 583 əyyarlı, qolbağı ilə birlikdə 1176 manat dəyərində qızıl metaldan hazırlanmış “Mak-taym” markalı 1 ədəd kişi qol saatını, 336 manat dəyərində 9 ədəd xırda dənəli brilliant qaşlı 12 qram çəkisi olan 1 ədəd kişi üzüyünü, 20 manat dəyərində “Samsunq” markalı mobil telefonunu, 2100 manat nağd pulunu götürüb./publika/
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25