Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2015

Rusiyada İŞİD əməliyyatı: 10 terrorçu öldürüldü

Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

Öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

Onların kimliyi müəyyənləşdirilir.

Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb./apa/
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi