Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2013

Terrorun ayaq səsləri Azərbaycanda eşidilir

Özlərini vəhhabi deyil, “Sələfi”, “Xəvaric”, “Müsəlman qardaşlar” adlandıranları kim və niyə silahlandırır?

Bir neçə gün əvvəl Sumqayıtda baş verən partlayış və atışma səslərindən sonra istər-istəməz belə bir sual yarandı: bizi hansı təhlükələr gözləyir?

Doğrudan da düşündürücü sualdır. Bu sualın cavabını araşdırmaq üçün bir neçə il əvvələ nəzər salaraq, mövcud duruma baxmaq lazımdır.

Başlayaq o gündən ki, belə bir cərəyanın varlığı Azərbaycan ictimaiyyəti üçün naməlum idi. Baxmayaraq ki, naməlum idi, amma bu barədə məlumatlı şəxslər daim vəhhabi cərəyanının qorxulu bir nəsnə olduğunu söyləyirdilər. Məlumatsız kəsim isə 70 illik Sovet rejiminin ateizm təbliğatından sonra vəhhabilərin İslam barədə danışıqlarına daha tez aldanıb tora düşürdülər. Onların qurduqları təbliğat vasitələri, cəlbedici təklifləri əksəriyyət üçün münasib idi. İlk öncə ölkənin savadlı, elmli kəsiminin ələ alınması prosesinə start verən vəhhabilər bu işlərə milyonlarla pul xərclədilər. Özlərinin seçilmiş, səlis danışan, uzun saqqal saxlamayan adamlarını cəmiyyətdə sayılıb-seçilən ayrı-ayrı şəxslərə yönəltdilər. O şəxslərə ki, nəzarətlərində auditoriya var idi və fikirlərini cəmiyyətə açıq şəkildə çatdıra bilirdilər. Belə şəxslərlə görüşən vəhhabilər özlərini daha yaxın göstərib təbliğatlarını apardılar. Beləliklə, onların ilk təbliğatçıları qalstuklu alimlər, professorlar, müəllimlər oldu. Hansı ki, əvvəl də qeyd etdiyimiz kimi sözləri geniş auditoriyada dinlənilirdi. Bu vəhhabilərin təbliğat yönündə qurduqları ən uğurlu taktika idi. Məhz bunun nəticəsində çox qısa müddətdə vəhhabilik ölkə boyu çiçəklənməyə başladı. Amma çətinliklər də yox deyildi. Əhalisinin əksəriyyətinin şiə olduğu bir məmləkətdə bir cərəyanın təbliğatını aparmaq asan olmurdu. İnsanlar əsrlərdin həyata keçirdikləri, daşıdıqları adət-ənənələrindən əl çəkmir, yad fikirləri qəbul edə bilmirdilər. Buna görə də yenə pul xərcləmək lazım gəldi. Özlərini xilaskar qismində göstərmək üçün imkanı zəif olanlara əl tutdular, iş qurmaq üçün maliyyə vəsaiti ayırdılar.

Gəlin indi sadəcə diqqət edək: ölkədəki tikinti materiallarının satışına, Bakıdakı əksər gül salonlarına, əksəriyyət mebel dükanlarına, oboy evlərinə, isitmə sistemlərinin satışına kimlər nəzarət edir?

Məhz bu cür biznes sahələrinin ələ keçirilməsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gələn milyonlarla dolların böyük rolu olub. Təsəvvür edin, adıçəkilən bu sahələr hər bir vətəndaş üçün vacib əhəmiyyət daşıyır və təbliğat üçün gözəl taktikadır. Bu sahələrdə iş belə qurulur: misal üçün vətəndaş gəlir tikinti materiallarının satıldığı mağazaya. Ona boya lazımdır. Boyanın qiymətini digər mağazalarda bilən vətəndaş burada da qiymətlə maraqlanır. Təbii ki, vəhhabi də digər mağazalardakı qiyməti bildiyi üçün qiyməti aşağı deyir. Və iş təkcə boya ilə bitmir. Sabah oboy lazım gəlir, o biri gün mismar, başqa gün taxta, sonra mebel və sair. Müştəriyə xoş münasibət də təbliğat üçün daha vasitədir. Artıq həmin vətəndaşın mağazaya 3-4-cü gəlişində bəzi söhbətlər edilir və İslami bilgilərdən bəhs edən vərəqələr verilir. Beləliklə də İslami bilgilərə ehtiyacı olan şəxs yavaş-yavaş düşür vəhhabilərin toruna.

Məhz bundan sonra təbliğat işlər başlayır və vəhhabi əqidəsi təlqin olunur. Baxmayaraq ki, Azərbaycanda onlar özləri və başlarında duranlar vəhhabi adlı bir şeyin olmadığını iddia edir, özlərini “əhli-sünnə vəl camaat” adlandırırlar. Amma bunun adını nə istəyirlər qoysunlar, bu vəhhabi cərəyanıdır və onların sünnilərə heç bir aidiyyəti yoxdur. Çünki sünnilərin əqidəsində terror yoxdur. Bu cərəyanın fəaliyyətinin kökündə isə terror duru. Onların əqidəsində olmayanları kafir adlandırır və ölümünü vacib bilirlər.

Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin də fəaliyyəti terrordan, silahlı qarşıdurmalardan heç nə ilə fərqlənmir. Yadınızdadırsa, 2008-ci ilin 17 avqust tarixində şam namazı vaxtı Bakıda vəhhabilərin əsas toplaşdığı yerlərdən biri olan “Əbu-Bəkr” məscidinə qumbara atmışdılar. Hadisə nəticəsində 21 nəfər xəsarət almışdı. Onlardan iki isə elə hadisə yerindəcə ölmüşdü. Hadisədən sonra bağlanan məscid bu günə kimi də açılmayıb. Hökumət bu cür addımla sanki vəhhabilərin toplaşma yerini əllərindən aldığını düşündü. Amma baxın nə oldu. İndiyə kimi sadəcə “Əbu-Bəkrə” toplaşanlar qrup şəklində Bakının digər məscidlərinə cəmləşməyə başladılar. Hazırda onlar əsasən Müşfiqabad və Qaraçuxur məscidlərində kütləvi şəkildə görünürlər. Amma təkcə buradamı? Xeyir. Bir müddət əvvəl Sumqayıtdakı “Cümə” məscidini də ələ keçirməyə çalışan vəhhabilər ciddi təpki və dövlətin işə qarışmasından sonra geri çəkildilər. Bundan əlavə, Azərbaycanın ayrı-ayrı rayonlarında da vəhhabilərin aktivləşdiyi barədə məlumatlar var.

Əbu-Bəkr” məscidindəki partlayışdan bir neçə gün sonra da paytaxt Bakının 3-cü mikrorayon dairəsində içərisində vəhhabilərin olduğu silah-sursatla dolu maşın saxlanılmışdı. Bu faktın özü onu göstərir ki, vəhhabilərin ölkəyə silah soxmasında və ya əldə etməsində çətinlikləri yoxdur.

Azərbaycandakı vəhhabi təhlükəsinin ən böyük nümunələrindən biri kimi isə “Meşə qardaşları”nı göstərmək olar. Milli Təhlükəsizlik Nazirliyinin bu qruplaşmanın üzvlərinə qarşı Gəncə şəhərində keçirdiyi əməliyyatın ağır nəticəsi də hələ yaddaşlardan silinməyib. Həmin əməliyyat zamanı MTN-nin təcrübəli polkovniklərindən biri qətlə yetirilmişdi.

Bu hələ hamısı deyil. Çünki məlumatlar var ki, ölkənin Şimal bölgəsində ictimaiyyətə açıqlanmayan əməliyyatlar da keçirilir. Görünür artıq vəhhabilərin bir təhlükə halına gəldiyini əlaqədar orqanlar da müşahidə etməyə başlayıblar. Sözsüz ki, bu da ölkə başçısı İlham Əliyevə qarşı vəhhabilərin keçirmək istədikləri terror aktından sonra daha da dəqiqləşib. Prezidentin dənizkənarı parkdakı tədbirdə çıxış zamanı snayperlə vurulması planının son dəqiqələrə kimi ölkə başçısından gizlin saxlanılması, son anda isə belə bir təhlükənin olması və tədbirdə iştirakın təxirə salınması təklifi edilmişdi. Amma ölkə başçısının israrından sonra təhlükəsizlik orqanlarının keçirdikləri genişmiqyaslı əməliyyat zamanı qrup tədbirdən bir neçə saat əvvəl zərərsizləşdirilmişdi.

Yenə qeyd edək ki, bu hələlik bizə məlum olan hadisələrdir. Ölkədən Suriyada Bəşşar Əsəd hakimiyyətinə qarşı döyüşməyə gedən vəhhabiləri də bu sıraya daxil etsək, təhlükəli mənzərə bir qədər də dərinləşər. İlk əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində belə halların sensasiya xarakterli xəbər olduğunu deməsi, sonradan isə jurnalistlərin geniş araşdırması heç nəyin sensasiya olmadığını göstərdi. Hətta göründü ki, söhbət 3-5 nəfərdən deyil, 100-ə yaxın şəxsdən gedir. Kim iddia edə bilər ki, ora getmək istəyənlər və ya gedənlər elə bunlardır? Təbii ki, heç kim. Çünki bir neçə gün əvvəl Sumqayıtda qumbara və avtomatlardan istifadə edilməklə yaranan qarşıdurma ciddi narahatlıq yaradıb. Bu, artıq ölkədə terror təhlükəsinin varlığının göstəricisidir. Əgər biriləri paytaxt Bakının 30 kilometrliyində, şəhərin içində qumbara və avtomatlardan istifadə edirsə, biz təhlükənin nə qədər yaxın olduğunu göz önündə canlandıra bilərik. Rəsmi açıqlamada hadisənin “Xəvaric” və “Sələfilər” arasında baş verdiyi bildirilsə də, hamıya məlumdur ki, bunlar vəhhabi əqidəsinin daşıyıcılarıdır. Hələ bura Müşfiqabad qəsəbəsində özlərinin “Müsəlman qardaşlar” adlandıranları da əlavə etsək, əhatə dairəsinin genişləndiyini və rayonlara qədər uzandığını görə bilərik. Vəhhabilərin hər yerdə, “hələ biz güc toplayırıq”, - deməsi də, onların hazırlıq və gözləmə mərhələsində olduqlarından xəbər verir. Görünür bu mərhələ xaricdə oturan havadarlarının düyməyə basmasına qədər davam edəcək.

Hər halda, məqalənin əvvəlində verilən sualı burada da təkrarlamaq tam yerinə düşər: Azərbaycan xalqının həyatı təhlükədədirmi və bu təhlükənin miqyası nə qədərdir?/faktxəbər/
1718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı