Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2015

Nalçikdə əməliyyat: İŞİD-in yerli rəhbəri məhv edildi

Nalçikdə aparılan hərbi əməliyyat zamanı 3 terrorçu, o cümlədən İŞİD-ə biət edən cinayətkar dəstə rəhbəri zərərsizləşdirilib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.

“Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Milli Antiterror Komitəsinə Nalçikdə zərərsizləşdirilmiş quldur dəstəsinin qalıqlarının yerləşməsi ilə bağlı məlumat daxil olub. Məlumatın yoxlanılması nəticəsində silahlı müqavimət göstərən 3 silahlı şəxs də zərərsizləşdirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Nalçikdə aparılan əməliyyat zamanı İŞİD terror qruplaşmasının Kabardin-Balkar təmsilçisi 29 yaşlı Yuri Biçuyev öldürülüb. Onunla birgə Murad Camborov və Tarçokov adlı sürücü də məhv edilib. Əməliyyat Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Biçuyev bir müddət əvvəl öldürülən Robert Zankişiyevin yerinə keçmişdi./axar/
364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber